FAKÜLTƏNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
İnformasiya və sənəd menecmenti fakültəsinin Ümumi yığıncağı keçirilib. İclasda qış imtahan sessiyasının gedişatı müzakirə olunub, əməkdaşlara müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, yanvar ayının 6-dan başlayaraq Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası keçirilir. İmtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) təşkil olunub.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.
Sessiya fevralın 4-dək davam edəcək.