KAFEDRA MÜDİRİNİN DƏRS VƏSAİTİ NƏŞR OLUNUB
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Xələfovanın yeni dərs vəsaiti nəşr olunub. BDU Elmi Şurasının qərarı ilə nəşr edilməsi tövsiyə olunan “Kitabxana təsnifat və mövzu göstəriciləri” adlı dərs vəsaitinin elmi redaktoru dosent Knyaz Aslan, ixtisas redaktoru dosent Zahidə Rzayeva, rəyçiləri dosent Rəşad Qardaşov və tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevadır.
Dərs vəsaitində kitabxana təsnifatı problemləri, kataloqlaşdırmanın nəzəri əsasları, sənəd-kommunikasiya sistemində sənədin analitik-sintetik işlənməsi, sənədlərin indeksləşdirilməsi, informasiya mübadiləsində istifadə olunan protokollar və standartlar mövzular üzrə ardıcıl şərh edilmişdir.
Dərs vəsaiti “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.