KNYAZ ASLAN - 65

Azərbaycan Milli Kitabxanasında İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Knyaz Aslanın 65 illik yubileyi münasibətilə virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə yaradıcı şəxsiyyət, gözəl şair, istedadlı alim, peşəkar jurnalist Knyaz Aslanın Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə layiq görüldüyü mükafatlar, çоxşaxəli yaradıcılığı - monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan çoxsaylı elmi-nəzəri, şeirləri, ədəbi-publisistik məqalələri, ön sözünün müəllifi, layihə rəhbəri, tərtibçi, rəyçi və redaktoru olduğu kitablar, təsisçisi və baş redaktoru olduğu “Kitabşünaslıq və redaktor sənəti” jurnalının nömrələri nümayış olunur.