MAGİSTRLİK DİSSERTASİYALARININ MÜDAFİƏSİ KEÇİRİLİB

İnformasiya və sənəd menecmenti fakültəsində BDU-nun prorektoru Əliş Ağamirzəyevin sədrliyi ilə “Nəşriyyat işi və redaktəetmə”, "Biblioqrafik ehtiyatların yaradılması və istifadəsi" və “Sənəd resursları və informasiya-axtarış sistemləri” ixtisaslaşmaları üzrə magistrlik dissertasiya işlərinin müdafiəsi keçirilib.
Müdafiədə magistrantlar sahə üzrə aktual mövzularda yazdıqları dissertasiya işlərini təqdim ediblər. Mövzular ətrafında müzakirələr aparılıb, gənc tədqiqatçılara çoxsaylı suallar ünvanlanıb.
Sonda İnformasiya və sənəd menecmenti fakültəsi üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının qərarı ilə dissertasiya işləri müvafiq qaydada qiymətləndirilib.