MİLLİ QURTULUŞ GÜNÜ

Bakı Dövlət Universitetində (BDU) YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı Universitetin İnformasiya və sənəd menecmenti fakültəsi ilə birgə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun-Milli Qurtuluş günü ilə əlaqədar olaraq “15 İyun: Xalq və dövlət birliyinin zəfəri” mövzusunda tıədbir keçirilib.
Tədbirdə Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d., professor Zahid Cəfərov, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, fakültənin professor-müəllim heyəti, partiya üzvləri iştirak edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İştirakçıları salamlayaraq tədbiri açıq elan edən Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d., professor Zahid Cəfərov qeyd edib ki, 15 İyun Azərbaycan xalqının tarixində milli dövlətçiliyin xilas günüdür. 1993-cü ilin bu tarixi ölkəni daxili xaosdan, vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən qətiyyətlə xilas etmişdir. Həmin çətin dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın müstəqilliyini bərpa etdi və qorudu. Ulu Öndərin siyasi iradəsi sayəsində ölkədə qısa müddətdə daxili sabitlik yarandı və ordu quruculuğuna start verildi. Bu dahi şəxsiyyətin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyev ötən dövrdə bu inkişaf xəttini daha da sürətləndirdi. Ölkə rəhbərinin uzaqgörən xarici siyasəti və iqtisadi islahatları Azərbaycanı regionun ən güclü lider dövlətinə çevirdi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan qüdrətli ordu 30 illik torpaq həsrətinə son qoyaraq tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində qazanılan parlaq Şanlı Zəfər qurtuluş fəlsəfəsinin ən möhtəşəm məntiqi nəticəsidir. İllər öncə 15 iyunda atılan təməllər bu gün işğaldan azad edilmiş Şuşada, Xankəndidə və bütün Qarabağda üçrəngli bayrağımızın dalğalanmasını təmin etdi. Milli Qurtuluş Günü dövlətimizin iqtisadi, siyasi və hərbi qüdrətinin formalaşmasında və bu böyük qələbələrin qazanılmasında əsas dönüş nöqtəsidir.
Çıxış edən İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunu şərtləndirən ən mühüm tarixi hadisədir. Ulu Öndər Heydər Əliyev parçalanmaqda olan bir ölkəni qətiyyətlə ayağa qaldırdı və xalqa gələcəyə inam bəxş etdi. Ulu Öndərin əsasını qoyduğu bu xilas fəlsəfəsi müasir dövrdə onun layiqli davamçısı tərəfindən uğurla və qətiyyətlə yaşadılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya masasında misilsiz qələbələr qazandı. Dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə xalqımızı "Dəmir Yumruq" ətrafında birləşdirərək tarixi Zəfərə qovuşdurdu. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli yenidənqurma işləri, böyük qayıdış layihələri ölkəmizin iqtisadi gücünün nümayişidir. Azad olunmuş torpaqlarda ucalan müasir şəhərlər və smart kəndlər qurtuluş ideologiyasının gətirdiyi tərəqqinin əyani sübutudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz artıq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qürurlu bir dövlətdir. Bu möhtəşəm Zəfərlər hər bir azərbaycanlıya azadlığın və müstəqilliyin nə qədər müqəddəs bir nemət olduğunu bir daha xatırladır. Gənc nəsil qurtuluşdan zəfərə uzanan bu şanlı tarixi irsi dərindən öyrənməli və müstəqil Azərbaycanı daha da ucaltmalıdır.
Digər çıxış edənlər qeyd ediblər ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın yox olmaq təhlükəsindən xilas olaraq rəşadətli bir gələcəyə addım atdığı müqəddəs tarixdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın səsinə səs verərək hakimiyyətə qayıtması müstəqil dövlətçiliyimizin təməl daşını qoydu. Ümummilli Liderin uzaqgörən daxili və xarici siyasəti ölkəni fəlakətlərdən qoruyaraq qısa müddətdə böyük inkişaf yoluna çıxardı. Bu dahi şəxsiyyətin layiqli siyasi davamçısı Prezident İlham Əliyev isə Azərbaycanı regionun ən qüdrətli və nüfuzlu dövlətinə çevirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması qurtuluş ideologiyasının ən böyük təntənəsinə çevrildi. Bu gün azad Qarabağda ucalan üçrəngli bayrağımız və aparılan möhtəşəm quruculuq işləri dövlətimizin sarsılmaz gücünü bütün dünyaya nümayiş etdirir. 15 iyundan başlayan qurtuluş fəlsəfəsi bu gün xalqımızı vahid məqsəd ətrafında birləşdirərək bizi daha parlaq və qalib gələcəyə doğru inamla aparır.
Çıxışlardan sonra fəxri fərmanlar təqdim edilib.