OXU, BÖLÜŞ, İLHAM AL!
“BDU könüllüləri” təşkilatının İnformasiya və sənəd menecmenti və Mexanika-riyaziyyat fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş "Oxu, Bölüş, İlham al!" adlı tədbir keçirilib.
“BDU könüllüləri” təşkilatının İnformasiya və sənəd menecmenti fakültəsi üzrə sədri Nigar Namazova kitabların həyatımızdakı rolu, müəllif hüquqları və onların qorunmasının əhəmiyyəti barədə məlumat verib.
“BDU könüllüləri” təşkilatının Mexanika-riyaziyyat fakültəsi üzrə sədri Nuray Cəfərova auditoriyaya interaktiv şəkildə müraciət edərək iştirakçılardan ən son oxuduqları kitabı bölüşmələrini istəyib. Tələbələr oxuduqları kitablar haqqında danışaraq bir-birinə maraqlı tövsiyələr veriblər.
Tədbirin yekununda isə auditoriyaya ikinci sual ünvanlanıb: "Əgər siz müəllif olsaydınız, kitabınızın adı nə olardı?". Tələbələr öz cavablarını yazılı şəkildə təqdim edərək yaradıcılıqlarını nümayiş etdiriblər. Ən maraqlı və bəyənilən cavabın sahiblərinə təşkilat tərəfindən kitab hədiyyələri təqdim olunub.