PROFESSOR KƏRİM TAHİROVUN USTAD DƏRSİ
-lg.jpg)
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələrı üçün “Kitabxana-informasiya fəaliyyətinin menecmenti” fənnindən “Azərbaycan Milli Kitabxanası müasir mərhələdə” mövzusunda onlayn ustad dərsi keçib.
Professor Kərim Tahirov öncə son dövrlər Bakı Dövlət Universitetində təşkil olunan ustad dərslərini yüksək qiymətləndirdiyini bildirib. O, Ulu Öndərimiz Heydər Əliyevin hər zaman kitabxana işinə böyük dəyər verdiyini diqqətə çatdıraraq, Ulu Öndərin "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir" – kəlamını bir daha xatırlatmışdır.
Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının fondunda 5 milyona yaxın informasiya resursunun olduğunu bildirərək, qeyd etmişdir ki, Milli Kitabxananın əsas vəzifəsi milli arxiv fondunun yaradılmasıdır. O, bu sahəyə olan dövlət qaygısını xüsusi vurgulayaraq bildirib ki, məhz bu qaygının sayəsində Azərbaycanda kitabxana-informasiya fəaliyyəti dinamik şəkildə inkişaf edir.
Milli Kitabxananın pandemiya dövründəki fəaliyyətindən bəhs edən Kərim Tahirov bildirib ki, bu müddət ərzində oxuculara onlayn formada xidmət göstərilib, oxucu sorguları ən yüksək səviyyədə ödənilib. Pandemiya dövründə 3 milyona yaxın oxucunun kitabxananın elektron resurlarından yararlandığı, eyni zamanda bu dövrdə 40 minə yaxın yeni elektron resursun yaradıldığı diqqətə çatrılıb. Bildirilib ki, kitabxananın ümumi fondunun 22 fazi artıq elektron resurslar şəklində formalaşdırılıb.
Milli Kitabxananın həyata keçirdiyi bir sıra layihələr haqqında məlumat verən professor xüsusilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Milli-mənəvi sərvətlərimizin Vətənə qayıdışı” layihəsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, layihənin həyata keçirilməsində məqsəd dünyanın müxtəlif arxiv və kitabxalarında saxlanılan irsimizi rəqəmsal formada ölkəmizə gətirməkdir. Artıq layihə çərçivəsində Nizami, Füzuli, Tusi və digər görkəmli şəxsiyyətlərimizə aid 53 əlyazmanın Milli Kitabxananın fonduna daxil olunduğu diqqətə çatdırılıb. Milli Kitabxananın dünyanın 70-dən artıq nüfuzlu kitabxanası ilə təcrübə mübadiləsi, eyni zamanda kitab mübadiləsinin apardığı, beynəlxalq sərgilərdə ölkəmizi uğurla təmsil etdiyi də xüsusi vurgulanıb. Kitabxana əməkdaşlarının əksəriyyətinin məhz BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin məzunları olduğunu diqqətə çatdıran natiq gələcəkdə də kadrların yerləşdirliməsində fakültənin məzunlarının xüsusi rol oyanayacaqlarına əminliyini bildirib.
Ustad dərsi auditoiya tərfindən böyük maraqla dinlənilib, professor Kərim Tahirov dinləyicilərin mövzu ilə bağlı coxsaylı suallarını cavablandırıb.