QƏHRƏMANLIQ TARİXİ – APREL DÖYÜŞLƏRİ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin “BDU könüllüləri” təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Qəhrəmanlıq tarixi – Aprel döyüşləri” adlı tədbir keçirilib.
Tədbirdə Aprel döyüşlərinin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun göstərdiyi şücaət və qəhrəman əsgərlərimizin nümayiş etdirdiyi igidlikdən bəhs olunub. Tədbir zamanı BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı, dosent Knyaz Aslan, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova çıxış edib. Onlar çıxışlarında bu tarixi hadisənin ölkəmizin hərb tarixində xüsusi yer tutduğunu vurğulayaraq, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini qeyd ediblər.
Daha sonra tələbələr tərəfindən şeirlər səsləndirilib və mövzuya həsr olunmuş videoçarx təqdim olunub.