RESPUBLİKA KONFRANSININ BAĞLANIŞ MƏRASİMİ

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə fakültənin məzunu - Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransının bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində konfransın işinə yekun vurulub, bölmə sədrlərinin hesabatı dinlənilib. Bildirilib ki, 2 gün ərzində davam edən konfransda Xalq şairi Zəlimxan Yaqubun çoxşaxəli yaradıcılığı barədə, eyni zamanda sənəd və informasiya menecmenti, informasiya logistikası, mütaliə mədəniyyəti, oxucu zövqü, oxucu məmnunluğu, kitab sənayesi, müəlliflik hüququ və əlaqəli hüquqlar, mədəni irs, muzey, arxiv işi kimi sahələr üzrə ümumilikdə 40-dan çox məruzə dinlənilib, aktual mövzularda müzakirələr aparılıb.