“SÖZÜN AHƏNGİ” ADLI TƏDBİR

“BDU könüllüləri” təşkilatının İnformasiya və sənəd menecmenti fakültəsi və Renessans İncəsənət Klubunun birgə təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Sözün ahəngi” adlı yaradıcı tədbir keçirilib.
Tədbirin açılış hissəsində təşkilatçılar Nigar Namazova və Məhluqə Mustafayeva çıxış edərək ana dilinin qorunmasının və təbliğinin vacibliyindən bəhs ediblər.
Sonra atalar sözləri və deyimlər yazılan vərəqələr xüsusi qutuya yerləşdirilərək iştirakçılar tərəfindən təsadüfi seçilib və həmin ifadələr əsasında illüstrasiyalar hazırlanıb.
Tədbirin sonunda iştirakçılar öz işləri haqqında qısa təqdimatla çıxış ediblər.
Yekunda ən yaxşı illüstrasiya müəllifləri – Nigar Əsədzadə, Həmidə Nəbizadə və Günay Sarıyeva seçiliblər.