Şuşa ilinə həsr edilən rəsm sərgisi

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində gənc rəssam Aytac Aslanın əsərlərindən ibarət rəsm sərgisi təşkil edilib. “Şuşa İli”nə həsr edilən rəsm sərgisində gənc rəssamın 40-dan çox əsəri nümayiş olunub. İki gün davam edən sərgidə Qarabağ, Şuşa, Zəngəzurla bağlı əsərlər yer alıb. “BDU Könüllüləri”nin təşkilatçılığı ilə ərsəyə gələn rəsm sərgisi çoxsaylı ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Sərginin nümayişi zamanı həmçinin Kitabxanaçılıq-informasiya fakültəsinin istedadlı tələbələrinin ifasında azad Qarabağımıza, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizə həsr edilmiş şeir və musiqi nömrələri səsləndirilib.