TƏLƏBƏLƏRİMİZ BDU-NUN TARİXİ MUZEYİNDƏ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri BDU-nun tarixi muzeyini ziyarət ediblər.
Muzeyin direktoru Günel Orucəliyeva tələbələrə BDU-nun tarixi muzeyinin ekspozisiyasında nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, muzeydə Azərbaycan Xalq Cümhuriyyəti dövrü, sovet hakimiyyəti illəri və müstəqillik dövrünə aid materiallar, eləcə də tədris prosesində istifadə olunmuş avadanlıq və cihazlar nümayiş etdirilir.
Tələbələr Azərbaycan təhsil tarixində xüsusi yeri olan BDU-nun keçdiyi inkişaf yolunu əks etdirən ekspozisiya ilə yaxından tanış olublar.
Sonda tələbələr muzeylə bağlı təəssüratlarını bölüşüb, eksponatlar və əldə etdikləri məlumatlar ətrafında fikir mübadiləsi aparıblar.