TƏLƏBƏLƏRİMİZ KİTAB VƏ RƏSM SƏRGİSİNDƏ
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Azərbaycan - Doğma Diyar" adlı kitab və rəsm sərgisində iştirak ediblər.
Sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror əməliyyatları nəticəsində qazandığımız Zəfərdən bəhs edilib. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamının əhəmiyyəti vurğulanıb. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyimizin bərpasının tarixi nailiyyət olduğu diqqətə çatdırılıb.
Kitab və rəsm sərgisində iştirak edən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri sərginin onlarda böyük təəssürat yaratdığını bildiriblər.