TƏLƏBƏLƏRİMİZ MARAFONDA İŞTİRAK EDİBLƏR
5 May 2025 10:24

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”də iştirak ediblər. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafona 700 nəfərdən çox BDU tələbəsi qatılıb. 21 kilometrlik məsafəni əhatə edən marafonda BDU tələbələri aktiv iştirak edərək, finiş xəttinə çatıblar. Finiş xəttini ilk minlikdə keçən tələbələr “Bakı Marafonu 2025”in xüsusi medalları ilə təltif olunublar.
2016-cı ildən təşkil edilən “Bakı Marafonu” idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. Səkkizinci dəfə baş tutan marafonda 15 minədək iştirakçı yarışıb.
Son XƏBƏRLƏR
14.05.2026 | 12:39
DOKTORANTIN ELMİ SEMİNARI
13.05.2026 | 09:06
TƏDRİS İLİNİN SON AÇIQ DƏRSİ
12.05.2026 | 10:09
TƏLƏBƏLƏRİMİZ BDU-NUN TARİXİ MUZEYİNDƏ
08.05.2026 | 10:01
TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MUZEYİNDƏ
08.05.2026 | 09:52