TƏLƏBƏLƏRİMİZ MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİNDƏ

Bakı Dövlət Universiteti (BDU) İnformasiya və Sənəd Menecmenti fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiya zamanı tələbələr muzeyin zəngin ekspozisiyası, qədim dövrlərə aid tarixi eksponatlar, milli-mədəni irsimizi əks etdirən qiymətli nümunələr ilə yaxından tanış olublar. Tədbir çərçivəsində tarix müəllimi İsa Quliyev tələbələrə muzeyin yaranma tarixi, burada qorunan eksponatların əhəmiyyəti və Azərbaycan tarixinin müxtəlif dövrləri haqqında geniş və maraqlı məlumat verib.
Ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tələbələr bu cür maarifləndirici tədbirlərin onların dünyagörüşünün formalaşmasına və tarixi biliklərinin artırılmasına mühüm töhfə verdiyini bildiriblər.
Sonda xatirə şəkilləri çəkdirilib və gələcəkdə də tələbələrin iştirakı ilə müxtəlif mədəni-maarifləndirici ekskursiyaların davam etdiriləcəyi qeyd olunub.