TƏLƏBƏLƏRİMİZ PREZİDENT KİTABXANASINDA

“BDU könüllüləri” təşkilatının İnformasiya və sənəd menecmenti fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində könüllülərə kitabxananın tarixi, strukturu, sənəd dövriyyəsi, kitab fondu, oxucu kateqoriyaları, informasiya bazaları və kitabxanada həyata keçirilən rəqəmsallaşdırma prosesləri barədə ətraflı məlumat verilib, iştirakçılar oxu zalları, elektron məlumat mərkəzi, kitabxananın nadir nəşrlər fondu ilə tanış olublar.
Ekskursiya zamanı tələbələrə Prezident Kitabxanasının rəqəmsal platformalarında axtarış imkanları nümayiş etdirilib, kitabxananın mütəxəssisləri tərəfindən onların cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.