TƏLƏBƏLƏRİMİZ UNEC KİTABXANALARINDA
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin II kurs tələbələri UNEC Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Tələbələr öncə UNEC KİM-in əsaslı kitabxanası və 1 saylı kitabxanasının iş təcrübəsini öyrəniblər. Onlar kitabxana proseslərinin avtomatlaşdırılması, kitabın texniki işlənməsi və çiplənməsi, oxuculara kitabların təqdim olunması, resursların kitabxanadaxili istifadəsi, elektron kataloq və məlumat bazalarında axtarış proseslərini əyani olaraq izləyiblər. Daha sonra UNEC KİM-in 24/7 kitabxanasına baş çəkib, buradakı texnologiyalar, zəngin kitab fondu, elektron kataloqda axtarış prosesləri ilə tanış olublar.