TƏLƏBƏLƏRİMIZ “YARAT” İNCƏSƏNƏT MƏRKƏZİNDƏ

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı tələbələrə 2015-ci ilin mart ayından fəaliyyət göstərən Mərkəz haqında məlumatlar verilib, Mərkəzin yalnız Azərbaycanda deyil, regionda müasir incəsənətin inkişafına töhfələr verdiyi diqqətə çatdırılıb.
Tələbələr Mərkəzdə rəssam Rəşad Ələkbərovun eksperiment çərçivəsindən kənara çıxmış multidistiplinar fərdi sərgisi ilə tanış olublar. Rəssamın modern tərzdə təqdim edilən sərgisi tələbələrin xüsusi marağına səbəb olub, onlar sərgi labirintində iştirak edib və öz fikirlərini qeyd edərək sərginin bələdçisi ilə disskusiya aparıblar. Ekskurisya tələbələrdə böyük təəssürat yaradıb.
Qeyd edək ki, BDU rəhbərliyi tərəfindən incəsənət ocaqlarımıza mütəmadi olaraq ziyarətlərin təşkil ediməsi tələbələrin ümumi biliklərinin və dünyagörüşlərinin genişləndirilməsinə, onların maarifləndirilməsinə, Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın dəyərləri və adət-ənənələri haqqında dərin biliklərə yiyələnməsinə yönəlib.