ÜMUMDÜNYA KİTAB VƏ MÜƏLLİFLİK GÜNÜ
Bakı Dövlət Universiteti (BDU) İnformasiya və Sənəd Menecmenti fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kitabın cəmiyyətin inkişafında rolu, müəllif hüquqlarının qorunmasının əhəmiyyəti və mütaliə mədəniyyətinin təbliği ilə bağlı fikirlər səsləndirilib.
İnformasiya və sənəd menecmenti fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Daşqın Məhəmmədli çıxışı zamanı kitabın insan həyatındakı əvəzsiz rolundan və maarifləndirici gücündən danışıb.
İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Mehmanəli Məmmədov mütaliənin gənclərin dünyagörüşünün formalaşmasındakı əhəmiyyətindən və müəllif hüquqlarının qorunmasının vacibliyindən bəhs edib.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin İnformasiya və sənəd menecmenti fakültəsi üzrə sədri Məmmədli Rəhman çıxışında tələbələr arasında kitab oxuma vərdişlərinin təşviq olunmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin Filologiya fakültəsi üzrə sədri Nuran Yaqubov və Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi üzrə sədr müavini Aycan Eyvazlı da çıxış ediblər. Onlar kitabın gənclər arasında təbliği və müəllif hüquqlarının qorunmasına dair fikirlərini bölüşüblər.