Fakültədə elmi seminar keçirilib
Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Görmə məhdudiyyətli uşaqlar üçün informasiya mənbələri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının magistrantı Ayan Mirzəyeva mövzu ilə bağlı məruzə edib.
Məruzədə görmə məhdudiyyətli uşaqlar üçün informasiya mənbələri araşdırılıb, onların spesifikası şərh olunub. Bu kateqoriyadan olan azyaşlı oxuculara informasiya xidmətlərinin spesifik xüsusiyyətləri, forma və üsulları geniş şəkildə şərh izah edilib. Eyni zamanda tədqiqatçı tərəfindən mövzu ilə bağlı bir sıra təkliflər irəli sürülüb.